Bulağın başında bir gözəl gördüm,
Qaşları kamandı,kirpikləri ox.
Uzaqdan uzağa izini sürdüm,
Dedim:gəl danışaq,dedi ki,yox,yox.
Yanaqda qəmzəsi,gözləri qara,
Görər-görməz açdı ürəkdə yara.
Od alıb yanıram atəşə-nara,
Dedim:sevənin var?Dedi ki,çox,çox.
O ceyran baxışı sinəmi dağlar,
Yuxularım qaçdı,gözlərim ağlar.
Zülfü kəmənd olub qolumu bağlar,
Dedim:mən dardayam,dedi ki,vax,vax.
Xaliq yaratmayıb belə gözəli,
Bu gözəl haqq edir şeir,qəzəli.
İsmarıc eyləyib,gözün süzəli
Dedim:yaralıyam,dedi ki,ax!Ax!
Məcnunam,neyləyim baharı,yayı?
İstemem çıxmasın Günəşi,Ayı.
Dedim ki,yaxaram sənsiz dünyayı,
Boynuma sarılıb dedi ki,yax!Yax!